понедельник, 1 октября 2007 г.

YADINDADIR?



Sənə vurulduğumu heç özümdə bilmədim, səni sevəndən sonra mən dəli oldum. Gecələr fikirdən yata bilmirdim, səni düşünürdüm hər gün hər gecə. Düşünürəm sənsiz ötüb keçən günləri, düşünürəm o gözəl sənli günləri. Yadındadır o gözəl gün yağış altında əl-ələ oturmuşduq, yadındadır ? Yadındadır o gözəl gecə səni ilk dəfə dodaqlarından öpdüm, yadındadır ? Sənin şirin dodaqlarının istisi, hələ də qalıb mənim dodaqlarımda, əllərinin istisi qalıb əllərimdə, qəlbim yanır alışır düşünəndə o günü. Qara gözlərinin baxışı qalıb ürəyimdə, gözlərinin parıltısı qalıb gözümdə. Bir birimizi qucaqlamış, yağış altında oturub göydən düşən damcılara baxırdıq. Qanımızda sevgi qanı axan gün yadındadır ? Dərdlərimizi bir birimizə söyləyib, göz gözə baxan gün yadındadır ? Mənim sənə olan sevgim gündən günə artır, gündən günə çoxalıb ürəyim dolur. Təkcə sənsən ürəyimdə, təkcə sənsən mənim üçün bu dünyada, bu həyatda. Axı mən nə edim ki, sənə olan sevgimi dünyaya bildirim, axı mən nə edim? Yadındadır o yağışlı gecədə soyuqdan bir birimizi necə qucaqlamışdıq. O gün yadıma düşür hər gün hər gecə, fikrimdəsən sən hər ürək döyümündə. Sən mənim bitməz sevgim, mənim solmaz gülüm, mənim ürəyimsən. Yadındadır o gecə əllərindən öpdüm, sənin yanında olmağıma sevindiyimi söylədim. İsti nəfəsin qalıb dodaqlarımda, ürəyinin səsi qalıb qulaqlarımda, mənim qara həyatımı sən işıqlandırdın, mənasız həyatıma mənalar doldurdun. Hər zaman ağlayan gözlərimi, həmişəlik sildin. Görüşümüzə az qalıb deyirsən mən daha gözləyə bilmirəm artıq. Dəqiqələr saat olub, saatlar gün olub, gecələr keçmir, səhərlər açılmır yadındadır öz aramızda qalsın deyib mənə baxdın. Sənin gözlərinə baxıb yanaqlarından öpdüm. Səninlə özümü dünyada xoşbəxt sayıram. Əllərindən tutub heç vaxt buraxmaq istəmirəm. Gözlərinə baxıb göz yaşlarını, öpmək istəyirəm. Yadındadır o gözəl gün, gülüm? Yadındadır ulduzlar bizə baxan gün? Yadındadır gülüm o gözəl gecə, göydəki buludlar ağlayan gecə. Yadındadır səni ilk dəfə öpdüyüm, o gecə yadındamı ? Unudulmaz bizim sevgi, unudulmaz gülüm.

Комментариев нет: