пятница, 5 октября 2007 г.

mektub


Salam mənim əzizim. Sən mənim həyatımda yaşadığım xoş günlərimin şəriki, işıqlı dünyamı qaranlığa aparan yol oldun. Yenə səni düşünürəm yoxluğunu duya-duya, həsrət çəkib intizar görə-görə, uzaqlığını dərk edə-edə. Yenə bir yerdəyik o yerdəki bir mənəm bir sən birdə ayaqlar altına atılmış sevgim. Bizim bir yerdə olduğumuzu belə sən görmürsən. Sən əhdi peymana vəfasız çıxdın. Doldun mənim qəlbimə, düşüncələrimə, xəyallarıma. Sən bunu məndən xəbərsiz etdin bununla aldın rahatlığımı gecələrimi sabahlarımı aldın məndən. Özüdə məndən xəbərsiz. Tez yanan tez də sönən ocağa bənzədi sevgimiz. Sevgimiz-sevgimiz sözünü deməyə utanıram. Çünki, bu sevgini sən və mən yaratdıq. Sən isə onu ayaqlar altına atdın tapdaq-tapdaq etdin. Payızda açan gülə bənzədi sevgimiz küləklər sanki aldı onu məndən. Mən o küləklərə çata bilmədim sən isə ona kömək etdin. Sən getdin. Getdiyin yollara kədər qəm səpə-səpə getdin. Sən mənə özünü sevdirdiyin kimi unutdura bilmədin. o sevgi izini, o izi ki, heç zaman mənim qəlbimdən silinməyəcək. . Sən indi məndən çox uzaqsan bu yoxluq səni görməyəcəyim qədər uzaqdır mənə. Səni ömrümün 24-ci baharında tapmışdım. Qarşıda bir ömürlük yol var. O yol ki, sən onu alt-üst etdin. Görən unuda biləcəm səni? Sənin mənə bu həyatda bəxş etdiyin ən böyük hədiyyə bu nakam məhəbbətin oldu. O məhəbbət ki, yaşadacaq səni ovunduracaq qəlbimi sənin əvəzinə.!
__________________

Комментариев нет: