понедельник, 1 октября 2007 г.

sevgi munasibetlerinde sehvler

Sevgiyə aid şerlər, heykayələr oxuyuruq, sevdiyimiz filmlərin mövzusu da sevgi üzrərində qurulur, ən ciddi müzakirələr bu mövzuda olur. Sevgi bitərmi? Sevginin ömrü neçə ildir? Sevgi hər şeyi bağışlayarmı? Bu suallara cavab axtaranda gözümüzün qarşısındakı səhvləri görmürük.

Münasibətləri çətinləşdirən, doğru olmayan inandıqlarımız:

*SƏHVDİR: Qısqanclıq-onun sizə dəyər verdiyinin əsas göstəricisidir. Qısqanırsa, deməli sevir.
Qısqanclıq sevməkdən və müdafiə etməkdən yox, itirmək qorxusu və inamsızlıqdan yaranır. (Bəzən qısqanclığı qadağa ilə səhv salırlar. “ora getmə, bunu geyinmə, onunla danışma, 1 də səndə bunu görməyim” sözləri qısqanclığın əlaməti deyil, sizin üstünüzdə hökmranlıq etdiyini göstərir. Onsuz da belə münasibətlər uzun çəkmir. Çünki 1 insana daim nəyi isə qadağan edirlərsə, o insan qadağan edənin yanında olmur.)

*SƏHVDİR: Evlənməmişdən əvvəl birlikdə çox olmaq aranızdakı bağlılığı gücləndirir.
Boşanan insanların yarıdan çoxu evlənməzdən əvvəl uzun müddət görüşürlər. Bir-birlərini yaxşı tanıyan insanlar yox, bir-birlərinə hörmət edən və bir-birlərini sevən insanlar ömürlərinin sonuna qədər birlikdə olurlar.

*SƏHVDİR: Davasız münasibət olmur. Çəkişməzsən-bərkişməzsən
Təzə tanış olanda onunla müəyyən mövzularda fikirləriniz üst-üstə düşmürsə, bu, incikliyə və küsmələrə səbəb olursa, və “çəkişməzsən-bərkişməzsən” deyib, özünə təsəlli verirsənsə, aranızda bəlkə də istək olacaq, amma hörmət qalmayacaq, çünki dava, mübahisə olan yerdə hörmət olmur, hörmət olmayan yerdə isə sevgi qalmır.

*SƏHVDİR: Keçmiş sevgilinizə qarşı güclü hissləriniz varsa, yeni birinə aşiq ola bilməzsiniz.
İnsan həyatları boyu ən az 4 dəfə sevir. Əgər keçmiş sevgilinizə qarşı güclü hissləriniz varsa, bu sizin günahınız deyil, Bu, bəlkə də yeni sevgilinizdə tapmadığınız 1 sıra xüsusiyyətlərlə bağlıdır. Keçmiş sevgilinizi unutmamağınız, sizin yeni birinə aşiq olmayacağınızı göstərmir

*SƏHVDİR: Axtardığınız insan rast gələn kimi bunu hiss edəcəksiniz.
Koridorun o başında dayanıb gözlərinizin içinə baxan insanla bir-birinizə görə yaradıldığınızı düşünürsünüz. Yaxşı, bəs buna inanıb, sonradan yanıldığını görənlər? Söhbətinizin yaxşı tutduğu birinin o biri yarınız olduğuna inanıb, müəyyən bir münasibət qurmağa tələsməyin. Yanılma ehtimalınız çox yüksəkdir çünkü.

*SƏHVDİR: İdealınız 1 çox cəhətdən sizə bənzəyir.
Sosioloqlar etnik, dini və başqa bənzərliklərin (məsələn eyni təbəqədən olan ailələr, əgər qız ali təhsillidirsə, oğlanın da mütləq diplomu olmalıdır, ya da kasıb kasıbla. Varlı da imkanlı ilə evlənə bilər)uzun müddətli nigahlara səbəb olduğunu desələr də, bud a doğru deyil!
Bir münasibətin müddəti ortaq məqsədlər (yəni hər hansı 1 mövzu barədə eyni fikirli insanlar) və bir-birini tamamlayan (təkrar edən yox! tamamlayan) xarakterlərin olmasından aslıdır.

Комментариев нет: