суббота, 22 сентября 2007 г.

SEVGI EHDIM

Bu gün olduğu kimi, bu gündən sonra da, ondan sonrakı günlərdə də gözlərimdəki yerinin deyişməyəcəyinə... Səni bir ömür sevəcəyimə... Kəpənəklərin rənglərinin insanı cəzb etdiyi kimi, gələcəyimdə də həmişə sevginlə yaşayacağıma..., ən yaxın dostun, ən yaxın sirdaşın, ən yaxşı dostun olacağıma... Sıxıntının sıxıntım; üzüntünün üzüntüm olacağına...Hər qızğın anını çiçəyə dönüşdürəcəyimə... Hər üzgün anında təbəssümünün geri gəlməsi üçün əlimdən gələni edəcəyimə... Əsla soyuqdan və yalnızlıqdan üşüməyəcəyinə...Yanında olmadığım və varlığıma ehtiyacın olduğu hər anda bir külək olub səni saracağıma... ; ... Həyatım boyu hər sabahı sənə aşiq olaraq oyanacağıma... Sən və özüm üçün dualar edəcəyimə...Səni əsla üzməyəcəyimə... Səni hirsləndirdiyim zaman bunu bilmədən etdiyimdən dolayı həmin dəqiqə üzür diləyəcəyimə...Sevgimin əsla deyişməyəcəyinə... Sevgimin əsla azalmayacağına... Hər gün böyüyən bir sevgiyə dönüb xoşbəxtlik ormanlarına səni daşıyacağıma...Səni əsla nədəsə günahkar saymayacağıma... Səni sadəcə 14 fevralda deyil, ilin 365 günündə sevgililər günü ilə təbrik edəcəyimə... səni əsla unutmayacağıma... , Bir ömür boyu canım olaraq qalacağına... Bütün çiçəklərdə səni görəcəyimə... Okeanlarda səni dalğa edəcəyimə... Ulduzlara ip atacağıma... Göy qurşağına yelləncək qurub 7 rəngə sənin rəngini qarışdıracağıma... Hər sətirdə səni yazacağıma... Sənin rəsmini çəkərək sənə səslənəcəyimə... Heç bir şeyin, heç bir zaman sənin önünə keçməyəcəyinə... Hər günün öncəkindən daha gözəl olacağına... Hər anın unudulmazlıq zəncirinə bir yenisini əlavə edəcəyinə... Sənə hər zaman həyatım deyəcəyimə... Səni sonsuzluq qədər çox sevəcəyimə... Səni, ”SƏN” olduğun üçün sevəcəyimə... Səni ”Bir ömürdən də çox” sevəcəyimə... Səni Sevirəm deyəcəyimə... SÖZ VERİRƏM!

Комментариев нет: